AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Meksikanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində olub

Meksikanın Azərbaycandakı səfiri Bakı Dövlət Universitetində olub

Təfsilat
20 May 2016, 16:03 976
Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardinin Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel  Məhərrəmov BDU-nun elm-təhsil sahəsindəki uğurlarından, beynəlxalq əlaqələrindən, o cümlədən xarici universitetlər ilə həyata keçirdiyi layihələrindən bəhs edib. BDU-nun Anahuak Mexiko Del Sur Universiteti ilə əlaqələrindən danışan rektor, bu ölkənin digər ali təhsil ocaqları ilə münasibətlərin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Səfir, öz növbəsində, təmsil etdiyi ölkə universitetləri ilə BDU arasında nəzərdə tutulan bütün layihələrin həyata keçirilməsinə dəstək olacağını qeyd edib. Rodrigo Labardinin BDU-nu zəngin ali təhsil ocağı kimi dəyərləndirib, universitetin laboratoriya və mərkəzlərinin onda xoş təəssürat yaratdığını bildirib. Universitetdə təhsil və elmin inkişafı üçün qabaqcıl texnologiyanın tətbiq edildiyini qeyd edən səfir, müəllim-tələbə heyəti üçün münbit şəraitin yaradıldığını da bildirib.
Qeyd edək ki,  Rodrigo Labardinin hüquq və iqtisadiyyat sahəsində təhsil alıb. Bu sahədə iki kitab və onlarla elmi məqalənin müəllifi olan səfir Amerikanın bir sıra universitetlərində,  beynəlxalq hüquq, insan hüquqları, ekstradisiya, əks-terror və terror, beynəlxalq müqavilələr mövzularında dərslər aparıb.