• cümə, 29 Mart, 09:02
  • Baku Bakı 5°C

Meksikada iri neft yatağı aşkar edilib

04.11.17 09:50 1229
Meksikada iri neft yatağı aşkar edilib
Meksikanın "Petrоleos Mexicanos” (Pemex) dövlət neft-qaz şirkəti Verakrus ştatı ərazisində iri neft yatağı aşkar edib.
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, yatağın 1,5 milyard bareldən çox neftə malik olduğu güman edilir.
2017-ci ildə Meksikada neft hasilatıkəskin aşağı düşüb. İyulda gündəlik hasilat təxminən 2 milyon barrelədək azalıb. Bununla belə Meksika OPEC-ə üzv olmayan ölkələr arasında ən iri neft istehsalçılarından biridir.
banner

Oxşar Xəbərlər