• cümə axşamı, 28 mart, 18:24
  • Baku Bakı 13°C

Meksika son 30 ilin ən böyük neft ehtiyatını aşkarlayıb

30.12.19 19:30 1082
Meksika son 30 ilin ən böyük neft ehtiyatını aşkarlayıb
Meksika Körfəzindəki neft yatağında aşkarlanan 500 milyon barrelədək neft ehtiyatının çıxarılması üçün daha 11 quyu qazılacaq.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, Meksika Tabasko əyalətindəki "Quesqui” neft yatağında son 30 ildə ən böyük neft ehtiyatının aşkarlandığını açıqlayıb.
"Petroleos Mexicanos” dövlət neft şirkətinin prezidenti Octavio Romero Meksika Körfəzindəki yatağın ehtiyatının 500 milyon barrelə yaxın olduğunu deyib.
İyunda "Quesqui”də ilk quyunun qazıldığını və hazırda buradan gündəlik 4500 barrel neft istehsalı edildiyini bildirən O.Romero 34 kilometr ərazini əhatə edən yataqda daha 11 quyunun qazılmasının planlaşdırıldığını söyləyib.
banner

Oxşar Xəbərlər