• çərşənbə axşamı, 23 aprel, 17:09
  • Baku Bakı 24°C

Meksika səfiri Neft Qaz Elmi Tədqiqat Layihə İnstitununda olub

22.07.16 15:52 1324
Meksika səfiri Neft Qaz Elmi Tədqiqat Layihə İnstitununda olub
Meksikanın Azərbaycandakı Səfiri cənab Rodrigo Labardini Meksika Neft İnstitunun (İMP) Texnoloji Rəqabət Bölməsinin rəhbəri Victor Ortiz-in müşayiəti ilə Neft Qaz Elmi Tədqiqat Layihə İnstitunun direktoru Fəxrəddin İsmayılovla görüşüb.
F.İsmayılov qonaqları salamlayaraq institutun tarixi haqqında məlumat verib:” İnstitut müxtəlif mövzuların öyrənilməsi ilə məşğul olur, onlardan bəziləri geoloji və geofiziki yataqların örgənilməsi, neft və qaz yataqlarının işlənməsi, neft sənayesi iqtisadiyyatı və onun idarə edilməsi, ətraf mühitin və ekoloji tarazılığın qorunması, hidrokarbohidrogen məhsullarının hazırlanması, saxlanılması və daşınmasında ortaya çıxan problemlərin həlli, normativ sənədlərin hazırlanması və dövlət orqanlarında qeydiyyatıdır. İnstitutda 22 doktor, 188 elmlər namizədi işləyir və açılışından bu günə kimi 1200-dən çox kəşf reallaşdırılıb”. Öz növbəsində Victor Ortiz 50 ildən çox tarixdə İMP-nin gördüyü işlər haqqında məlumat verərək qeyd edib ki, institutun hal-hazırda 3000 işci, 58 tədqiqat layihəsi, 21 sınaq mərkəzi, 12 ixtisaslaşmış laboratoriyası və 900 əldə edilmiş patenti vardır: "Təsis olunduğu müddətdən bəri İMP ölkənin energetika sektorunda texnologiyaların inkişafı və tədqiqatla birbasha işlər görür”.
Səfir Rodrigo Labardini Meksika-Azərbaycan ikitərəfli əlaqələrindən danışıb və neft hasil edən ölkələr olduğuna görə həmin sahədə xeyli əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulayıb.

Hər iki tərəf ortaq maraq və yeni tədqiqat layihələrinin hazırlanması məqsədi ilə mütəxəssislərin müəssisələrə qarşılıqlı səfərlərinin reallaşdırılması haqqında razılığa gəliblər.
banner

Oxşar Xəbərlər