• çərşənbə axşamı, 19 mart, 06:06
  • Baku Bakı 8°C

Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdə mühüm hadisə

23.10.17 15:48 2339
Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdə mühüm hadisə
Meksika və Azərbaycan bu il diplomatik münasibətlərin 25 illiyini qeyd edirlər. Bu dövr ərzində hər iki ölkə müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı inkişaf etdirir, eyni zamanda hər iki xalqın qarşılıqlı tanıtımı və yaxınlaşmasına töhfə vermişdir.
Bugün Meksika-Azərbaycan ikitərəfli münasibətlərin tarixində vacib bir gündür. Bu gündə Meksika Birləşmiş Ştatları Höküməti ilə Azərbaycan Respublikası Höküməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş imzalanmışdı. İmza mərasimi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində baş tutub. Azərbaycan tərəfi Xarici İşlər nazirinin müavini Xələf Xələfov tərəfindən, Meksika tərəfi isə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini tərəfindən təmsil olunmuşdur.
İstinad olunan Sazişin imzalanmasından öncə, tərəflər hazırkı sənədin çoxsaylı sahələrdə əlaqələrə güclü şəkildə təkan vermək üçün rolunu vurğulayır, eyni zamanda, sözügedən Sazişin həyata keçirilməsində irəliləmək üçün hər iki ölkənin çoxsaylı və müxtəlif orqanları arasında yaranacaq əməkdaşlığı qeyd ediblər.
Nazir müavini Xələf Xələfov ikitərəfli münasibətlərdə davamlı inkişafdan söz açdı və hər iki ölkə arasında qarşılıqlı tanıtımın irəliləməsi üçün Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən həyata keçirilən fəaliyyətin vacib rolunu vurğuladı. Həmçinin, Sazişin siyasi, iqtisadi və ticari sahələr daxil olmaqla, hər iki ölkənin müxtəlif sahələrində əlaqələri yaxşılaşdıracağı və konkret irəliləyişlərə təkan verəcəyini qeyd etdi.
Səfir Labardini vurğuladı ki, ikitərəfli münasibətlərin inkişafı son iki il ərzində ikitərəfli ticarət və turizmin üç dəfə artması ilə müşahidə olunur. Təxminən on illik fasilədən sonra 2016-ci ildə yenidən baş tutan İkitərəfli Məsləhətləşmələr Mexanizminə imkan yaradan müsbət dinamikaya istinad etdi. Eyni zamanda, hər iki xalqın milli mədəniyyətlərinin hazırda həyata keçirilən təşviqini vurğuladı. Qeyd etdi ki, təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrini əhatə etdiyi üçün bugün imzalanan Sazişin geniş imkanları var və O, eskpert, tələbə, müəllim və nəşrlər mübadiləsi, eyni zamanda, tarixi, bədii və mədəni irsin qorunması və bərpası üçün əməkdaşlıq proqramları, həmçinin, digərləri arasında müəllif hüquqları, kinomatoqrafiya və mədəni sənayelər mövzuları kimi bu cür müxtəlif əməkdaşlıq sxemlərini nəzərdə tutur. Saziş hər iki ölkənin müvafiq daxili prosedurların yerinə yetirilməsi barədə bildirmələri ilə qüvvəyə minəcək.
Sonda hər iki tərəf hazırkı mərasimin keçirilməsindən məmnuluğunu və bugün imzalanan Sazişin ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün mükəmməl vasitə olduğuna dair əminliyini ifadə etdi.


banner

Oxşar Xəbərlər