Məhsul bol, qiymət də cibə uyğun
Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında
2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı
qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri
8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.
Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça və gilasın istehsalçı qiymətlərində azalma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Tərəvəzçilik İnstitutunun direktor müavini Elmar Allahverdiyev qeyd edir ki, bahalaşma o zaman olur ki, ya həmin məhsul xaricə çox ixrac edilir, ya da ki, həmin məhsulun qıtlığı duyulur: "Qıtlığın isə müxtəlif səbəbləri olur. Ya az əkilib, ya da əkin sahələri kütləvi şəkildə xəstəliyə yoluxub. Və ya təbii iqlim şəraitindən asılı olaraq, məhsuldarlıq aşağı düşür ki, bu da qiymətə təsir göstərir. Məhsulları ixrac etdiyimiz əsas ölkə Rusiyadır. Rusiya artıq uzun müddətdir ki, bizim məhsulların daimi alıcısıdır. Bundan başqa İtaliya, Yunanıstan kimi ölkələrə də ixrac edilir. Ümumilik də isə bu il keçən ilə nisbətdə tərəvəzlərin qiyməti aşağıdır. Bunun səbəbi isə odur ki, bu il əkin sahələr daha çoxdur və məhsula düzgün qulluq edilib, yaxşı toxumdan istifadə olunub. Ona görə də, bu il məhsuldarlıq yaxşıdır. Bu da bazarda qiymətin ucuz olmasına zəmin yaradır və alıcılıq qabiliyyətini artırır”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda geni dəyişdirilmiş tərəvəz və meyvələrdən istifadə olunmur. Ona görə ki, həmin qidaların istifadəsinin fəsadları hiss olunmaqdadır: "Qanunla isə Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi birmənalı olaraq qadağan olunub. Dərmanlara gəlincə isə tərəvəzlərdə müəyyən xəstəliklərə qarşı istifadə olunan dərmanlar var. Onu da miqdarında istifadə edirlər. Bu il məhsul bolluğudur. Bazarda kifayət qədər meyvə-tərəvəz var. Çünki bu il əvvəlki illərə nisbətən daha çox sahələr əkilib və fermerə yaxşı dəstək var. Həmçinin "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da birbaşa olaraq məhsulun tədarük olunmasında, bazarın stabilləşməsində böyük rol oynayır”.
Günel Azadə
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.
Ay ərzində bitkiçilik məhsullarından lobya, bibər, tərxun, xiyar, pomidor, qarğıdalı, baş soğan, kartof, albalı, alça və gilasın istehsalçı qiymətlərində azalma, baş kələm, şüyüd, süfrə çuğunduru, baş sarımsaq, yonca və fındığın qiymətlərində isə artım müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Həmçinin
bazarda alıcılarla söhbətimiz zamanı aydın oldu ki, bu il əvvəlki illərə
nisbətən meyvə-tərəvəzdə ucuzluq müşahidə olunur. Bundan başqa, məhsulunun ucuz
olması ilə yanaşı keyfiyyətindən də razılıq etdilər.
Bu mövsüm
meyvə-tərəvəz təsərrüfatındakı vəziyyəti,
bazarlardakı istər bahalaşmanın, istərsə də ucuzlaşmanın
nə ilə bağlı olduğunu öyrənməyə çalışdıq. Tərəvəzçilik İnstitutunun direktor müavini Elmar Allahverdiyev qeyd edir ki, bahalaşma o zaman olur ki, ya həmin məhsul xaricə çox ixrac edilir, ya da ki, həmin məhsulun qıtlığı duyulur: "Qıtlığın isə müxtəlif səbəbləri olur. Ya az əkilib, ya da əkin sahələri kütləvi şəkildə xəstəliyə yoluxub. Və ya təbii iqlim şəraitindən asılı olaraq, məhsuldarlıq aşağı düşür ki, bu da qiymətə təsir göstərir. Məhsulları ixrac etdiyimiz əsas ölkə Rusiyadır. Rusiya artıq uzun müddətdir ki, bizim məhsulların daimi alıcısıdır. Bundan başqa İtaliya, Yunanıstan kimi ölkələrə də ixrac edilir. Ümumilik də isə bu il keçən ilə nisbətdə tərəvəzlərin qiyməti aşağıdır. Bunun səbəbi isə odur ki, bu il əkin sahələr daha çoxdur və məhsula düzgün qulluq edilib, yaxşı toxumdan istifadə olunub. Ona görə də, bu il məhsuldarlıq yaxşıdır. Bu da bazarda qiymətin ucuz olmasına zəmin yaradır və alıcılıq qabiliyyətini artırır”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanda geni dəyişdirilmiş tərəvəz və meyvələrdən istifadə olunmur. Ona görə ki, həmin qidaların istifadəsinin fəsadları hiss olunmaqdadır: "Qanunla isə Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycana gətirilməsi birmənalı olaraq qadağan olunub. Dərmanlara gəlincə isə tərəvəzlərdə müəyyən xəstəliklərə qarşı istifadə olunan dərmanlar var. Onu da miqdarında istifadə edirlər. Bu il məhsul bolluğudur. Bazarda kifayət qədər meyvə-tərəvəz var. Çünki bu il əvvəlki illərə nisbətən daha çox sahələr əkilib və fermerə yaxşı dəstək var. Həmçinin "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da birbaşa olaraq məhsulun tədarük olunmasında, bazarın stabilləşməsində böyük rol oynayır”.
Meyvəçilik
və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirir
ki, hələ əsas meyvələr bazarda satışa çıxarılmayıb: "İndi daha çox satılan
gilasdır. Gilasın da qiyməti 1 manat 70
qəpikdən başlayır, 3 manata qədər davam
edir. Keçən il iqlim şəraitindən asılı
olaraq, meyvələri yağış vurdu, müəyyən xəstəliklər yarandı deyə, bazara məhsul
az çıxarıldı. Bu da qiymətlərin bahalaşmasına səbəb oldu. Amma bu il şükürlər olsun ki, məhsulumuz boldur.
Bazardakı qiymətlər də qənaətbəxşdir. Düşünürəm ki, getdikcə bağ sahələrini
artırmaq, daha çox məhsul əkini ilə məşğul olmaq lazımdır. Çünki məhsul nə
qədər çox olarsa, həm daxili, həm də xarici bazarı təmin etmək olar. Bu da
məhsulumuzun dünya bazarında daha genişlənməsinə əhəmiyyətli təsir göstərər.
Tutaq ki, gilas 4600 hektardır. Bunu 10.000 hektara çatdırsaq, çox gözəl
olar. Əslində hər şeyi istehsalçıdan
gözləmək olmaz. İstehsalçı həm təsərrüfat sahəsində çalışıb, həm də məhsulu
satışa çıxardanda çətinlik çəkir. Bunun üçün də xüsusi qurumlar fəaliyyət
göstərməlidir. Belə ki, onlar istehsalçıdan meyvəni alıb satışa çıxarmalıdır. Bu zaman istehsalçı da öz işində maraqlı
olar. Biləcək ki, əkdiyi malı alan olacaq. Çünki bəzən təsərrüfat sahibləri
malın alınmayacağından qorxaraq istehsal etmir. Bu da meyvə qıtlığına və
bazarda bahalaşmaya səbəb olur. Bundan başqa, istehsalçılar maddi texniki
baxımdan da təmin olunmalıdır. Bu il gördüyünüz kimi, məhsulun bol olması ilə
əlaqədar olaraq, bazarda qiymətlər aşağıdır”.
İqtisadçı ekspert Qadir İbrahimli bəzi məsullarda bahalaşma, bəzilərində isə
ucuzlaşma müşahidə edildiyini deyir. Bunun da hər birinin öz səbəbi var: "Ümumiyyətlə, belə baxanda yay
fəslində meyvə-tərəvəzin ucuzlaşma tendensiyası olur. Çünki artıq təbii yolla
məhsul əldə olunur ki, bu da bazarda bolluğa səbəb olur. Bu bolluq da təbii ki, ucuzluq yaradır. Amma müqayisə etsək, deyə bilərəm ki, əvvəlki
illərə nisbətdə bəzi məhsullarda bahalaşma da müşahidə edilir. Çünki müəyyən
yanacaq növlərinin qiyməti, məhsulun maya dəyərinə təsir edən başqa elementlər
bahalaşdığından, malın qiyməti də bazarda baha olur. Ucuzlaşma halı isə daha çox onla bağlıdır ki,
bu il meyvə-tərəvəz əkini çox yaxşı səviyyədədir. Bu il geniş torpaq sahələri
əkinə cəlb edilib. Əslində bu bir az da tələb-təklif məsələsidir. Bu mövsüm təklif tələbdən daha çoxdur. Ona görə də qiymət aşağıdır. Həmçinin bu il
Rusiyaya ixrac zamanı müəyyən problem yarandı.
Mən belə düşünürəm ki, Azərbaycan bazarında meyvə-tərəvəz ixracını
artırmaq üçün xüsusi dövlət siyasətinə, sahibkarların, fermerlərin
dəstəklənməsinə ehtiyac var. Sahibkarlar hərtərəfli olaraq maddi-texniki baza
ilə təmin olunmalıdırlar ki, istehsala maraq olsun və rəqabət güclənsin. Bu
zaman məhsul bol, qiymət isə hər kəsin cibinə uyğun olar”. Günel Azadə