• çərşənbə axşamı, 19 mart, 18:01
  • Baku Bakı 8°C

Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olunub

22.06.17 19:53 1826
Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olunub

Aprel şəhidi Xaliq Əzizzadənin "Para" BOKT ASC-yə olan kredit borcu bağlanıb və müvafiq sənəd ailəsinə təqdim edilib.
Qeyd edək ki, bu məsələ birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində idi. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov şəhidin anası ilə danışıb və bildirib ki, bütün şəhid ailələri, o cümlədən siz Mehriban Əliyevanın diqqətindəsiniz.

Qeyd edək ki, Mehriban Əliyeva həmişə şəhid ailələrinə diqqətlə yanaşıb. O, hələ ötən ilin 7 aprelində şəhid anaları ilə görüşüb. Belə ki, Heydər Məscidində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından ehsan verilib. Azərbaycanın 1-ci xanımı Vətən uğrunda qəhramanlıqla şəhid olan və yaralanan hərbçilərin ailə üzvləri və yaxınları ilə görüşərək həlak olan Azərbaycan oğullarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Şəhid ailələrinin qayğıları sonrakı dövrdə də Azərbaycanın Birinci vitse-prezidentinin daim diqqət mərkəzində olub, onların bir sıra problemləri öz həllini tapıb.
Onun Birinci vitse-prezident kimi keçirdiyi ilk iclasın qaçqın və məcburi köçkünlər, ikinci görüşün isə aprel döyüşlərində yaralanmış hərbçilərlə bağlı olması da təsadüfi deyil. Uzun illərdir ölkəmizin ictimai-siyasi, mədəni, humanitar, sosial həyatında mühüm və fəal rol oynayan Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olunduqdan sonra sosial məsələləri daim diqqət mərkəzində saxlamaq, işlərini əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan etmişdi: "Ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək ümdə vəzifəmizdir”.
Xatırladaq ki, "Para" BOKT ASC kredit borcuna görə məhkəməyə müraciət etmiş, şəhid ailəsi evini itirmək təhlükəsi ilə üzləşmişdi.

banner

Oxşar Xəbərlər