• cümə, 29 Mart, 12:02
  • Baku Bakı 14°C

Mehriban Əliyeva: Azərbaycan xalqı böyük nailiyyətlər əldə edib

07.07.19 18:32 9365
Mehriban Əliyeva: Azərbaycan xalqı böyük nailiyyətlər əldə edib
Birinci vitse-prezident Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Trend-in məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanınrəsmi "İnstagram" səhifəsindəedilən paylaşımda deyilir:
"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi hadisə münasibətilə bütün xalqımızı səmimi-qəlbdən təbrik edirəm!"
banner

Oxşar Xəbərlər