• şənbə, 20 Aprel, 07:46
  • Baku Bakı 14°C

Mehman Hüseynovla bağlı iddia icraata götürülüb

24.02.17 13:30 886
Mehman Hüseynovla bağlı iddia icraata götürülüb
Bu gün Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin bloqger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasındakı iddiası üzrə Suraxanı Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, xüsusi ittiham qaydasındakı iddia icraata qəbul olunub.Vəkil Elçin Sadıqov bildirib ki, xüsusi ittiham qaydasındakı şikayətin icraata qəbul edilməsindən imtina barədə vəsatət qaldırsa da, təmin edilməyib.
Növbəti proses 27 fevral saat 09:30-da keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl M. Hüseynov saxlanılıb. O, Nəsimi rayon Pİ-də təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra M. Musayev onu məhkəməyə verib.
banner

Oxşar Xəbərlər