AZE | RUS | ENG |


Məhkəmə TAP-ın tikintisinin dayandırılması barədə qərarı ləğv edib

Məhkəmə TAP-ın tikintisinin dayandırılması barədə qərarı ləğv edib
Roma İnzibati Məhkəməsi TAP layihəsinin inşasının dayandırmasına dair apellyasiya müraciətini rədd edib.
 
APA-nın ANSA-ya istinadən verdiyi məlumata görə, məhkəmə İtaliya hökumətinin zeytun ağacların köçürülməsinə dair qərarına qarşı Puqlia bölgəsinin irəli sürdüyü apellyasiyanın təmin olunmaması barədə qərar çıxarıb.
 
Qeyd edək ki, Latsio bölgə məhkəməsi İtaliyanın Ekologiya Nazirliyi tərəfindən Apuliya regionunda yerləşən Melendunyo şəhərində TAP layihəsinin tikintisi ilə əlaqədar 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarını ləğv edib. Məhkəmənin qərarı TAP-ın Melendunyo şəhəri ərazisində tikintisinin dayandırılmasına səbəb olmuşdu.
 
Əlavə edək ki, cari ilin mart ayından etibarən zeytun ağaclarının köçürülməsinə başlayan TAP konsorsiumu təxribatlarla üzləşməkdədir. "5 ulduz" hərəkatı tərəfindən təsis olunan "No TAP" komitəsi ağacların köçürülməsinə qarşı çıxır. Martın 29-da baş tutan etiraz aksiyasında etirazçılarla polis arasında şiddətli qarşıdurma baş verib.
 
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
 
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
 
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.2




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022