• cümə axşamı, 28 mart, 16:33
  • Baku Bakı 16°C

Məhkəmə Köçəryandan konstitusiya quruluşunu devirmək ittihamlarını götürüb

06.04.21 21:00 1070
Məhkəmə Köçəryandan konstitusiya quruluşunu devirmək ittihamlarını götürüb
Ermənistanda məhkəmə Konstitusiya Məhkəməsinin (KM) qərarı əsasında ölkənin sabiq prezidentiRobert Köçəryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.
"Report”"Sputnik Armeniya”ya istinadən xəbər verir ki, İrəvanın ümumi yurisdiksiyasının hakimiAnna DanibekyanKM-in 300.1-ci maddəni (konstitusiya quruluşunun devrilməsi) Konstitusiyaya zidd elan etdiyi üçün "1 mart” işi üzrə cinayət işinə xitam verilməsi barədə qərar çıxarıb.
Qərar sabiq baş qərargah rəisiYuri Xaçaturovvə keçmiş müdafiə naziriSeyran Ohanyana qarşı həbs qətimkan tədbirinin ləğv ediləcəyini nəzərdə tutur, çünki onların hər ikisi yalnız bu maddə ilə ittiham olunurdu. Köçəryan və keçmiş baş nazir müaviniArmen Gevorkyanbaşqa cinayətlərdə də ittiham olunduqlarından onlarla bağlı cinayət təqibi isə davam edəcək. Ermənistanın ikinci prezidenti külli miqdarda rüşvət almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunur.
banner

Oxşar Xəbərlər