• cümə, 26 Aprel, 17:57
  • Baku Bakı 23°C

Məhkəmə iki Pakistan vətəndaşının ABŞ-a ekstradisiyası barədə qərar verdi

12.03.20 20:27 1705
Məhkəmə iki Pakistan vətəndaşının ABŞ-a ekstradisiyası barədə qərar verdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və oğurluqda təqsirləndirilən Pakistan vətəndaşları - Asif Muhammad Anjum və Khani Shah Navazın işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin həmin şəxslərin ekstradisiyası ilə bağlı verdiyi təqdimata baxılıb.
Məhkəmənini qərarı ilə təqdimat təmin edilib və hər iki şəxsin ABŞ-a təhvil verilməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif Muhammad Anjum və 1985-ci il təvəllüdlü Khani Shah Navaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.
banner

Oxşar Xəbərlər