• cümə axşamı, 18 aprel, 06:25
  • Baku Bakı 12°C

Məhkəmə həyat yoldaşını öldürməkdə təqsirləndirilən qadına bəraət verib

21.02.17 12:50 1330
Məhkəmə həyat yoldaşını öldürməkdə təqsirləndirilən qadına bəraət verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Kərimovanın əməlində cinayət tərkibi olmadığına görə, ona bəraət verilib və o, məhkəmə zalında azadlığa buraxılıb.
Ötən ilin iyulun 23-də Ramana qəsəbəsində qətl hadisəsibaş verib. İttihama görəNuridə Kərimova həyat yoldaşı, 32 yaşlı Vüqar Kərimovu münaqişə zəminində qətlə yetirib.27 yaşlı N. Kərimova bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn Vüqar Kərimovla həyat yoldaşı arasında dava düşüb. Ərinin bıçaqla onu öldürəcəyini görən qadın cəld tərpənərək bıçaqla ona zərbələr endirib. V. Kərimov hadisə yerində dünyasını dəyişib.
banner

Oxşar Xəbərlər