AZE | RUS | ENG |


Məhkəmə dini icmanın apellyasiya şikayətini təmin etməyib

Məhkəmə dini icmanın apellyasiya şikayətini təmin etməyib
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhəri "Yevangelist-lüteran" dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı şəhəri "Yevangelist-lüteran" dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib. Dini icma Komitədən onlara maddi yardım verilməsini tələb edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi icmanın iddiasını rədd edib. Qərardan narazı qalan dini icma apellyasiya şikayəti verib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6942
GBP 1 İngilis funt sterlinqi 2.1858
TRY 1 Türk lirəsi 0.4759
KWD 1 Küveyt dinarı 5.5856
SEK 1 İsveç kronu 0.1942
EUR 1 Avro 1.8627
CHF 1 İsveçrə frankı 1.7155
USD 1 ABŞ dolları 1.7025