• cümə, 26 Aprel, 03:16
  • Baku Bakı 16°C

Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla tənzimləməyə çağırıb

28.09.20 15:25 453
Medvedev Dağlıq Qarabağ münaqişəsini siyasi-diplomatik yollarla tənzimləməyə çağırıb
Dağlıq Qarabağ münaqişə zonasında tənzimləmə sırf siyasi-diplomatik vasitələrlə keçirilməlidir və böhranın aradan qaldırılması üçün bütün imkanlardan, o cümlədən ikitərəfli formatda istifadə etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz "Facebook” səhifəsində yazıb.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsində növbəti gərginlik qan tökülməsinə, insan ölümünə gətirib çıxardı:
"Dağlıq Qarabağ problemini güc yolu ilə həll etmək olmaz. Tənzimlənmə yalnız siyasi-diplomatik vasitələrlə keçirilməlidir, mən buna dəfələrlə, o cümlədən Rusiya adından iki ölkə rəhbərliyinin danışıqlarında vasitəçi olarkən də əmin olmuşam”.
O əlavə edib ki, bu gün böhranın aradan qaldırılması üçün büyün imkanlardan istifadə etmək lazımdır.
banner

Oxşar Xəbərlər