• çərşənbə, 24 Aprel, 19:26
  • Baku Bakı 23°C

Medvedev Azərbaycanla bağlı böyük layihəni təsdiqlədi

08.08.13 10:50 2406
Medvedev Azərbaycanla bağlı böyük layihəni təsdiqlədi
Rusiyanın baş naziri Dmitri Medvedev Samur çayı üzərində avtomobil körpüsünün tikintisi ilə bağlı Rusiya-Azərbaycan hökumətlərarası saziş layihəsini təsdiqləyib.
“APA-Economics”in Rusiya hökumətinin saytına istinadən xəbərinə görə, bununla əlaqədar Rusiyanın Nəqliyyat və Xarici İşlər nazirliklərinə Azərbaycan tərəfi ilə danışıqlar aparmaq və razılıq əldə olunduğu halda, sənəd imzalamaq tapşırılıb.
Qeyd edək ki, Samur çayı üzərindəki körpü Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsidir. Tərəflər körpü keçidinin qeyri-məqbul vəziyyətini və məhdud buraxılış qabiliyyətini, eləcə də bu ərazidə yükdaşımaların həcminin getdikcə artmasını nəzərə alaraq Yaraq-Qazmalar (Rusiya) - Samur (Azərbaycan) buraxılış məntəqələri rayonunda yeni körpünün inşasının zəruriliyi haqqında yekun fikrə gəliblər. Mövcud körpünün təmiri və yeni körpünün inşası üçün razılıq əldə olunub.
banner

Oxşar Xəbərlər