• cümə, 29 Mart, 17:22
  • Baku Bakı 14°C

Mədət Quliyev məhkumlar arasında ölüm hallarına münasibət bildirib

27.05.17 10:50 912
Mədət Quliyev məhkumlar arasında ölüm hallarına münasibət bildirib
"Digər dövlətlərin penitensiar xidmətlərində məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev bildirib.
Onun sözlərinə görə, məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil:"Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar xidmətlərdə olur”.
banner

Oxşar Xəbərlər