• cümə, 29 Mart, 16:46
  • Baku Bakı 14°C

Mədən sənayesində şəffaflığın artırılması ilə bağlı layihə keçirilir

04.07.16 15:16 738
Mədən sənayesində şəffaflığın artırılması ilə bağlı layihə keçirilir
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi (SSTAA İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Mədən sənayesində şəffaflığın artırılması istiqamətində vətəndaşlar arasında maarifçilik kompaniyalarının təşkili” layihəsinə start verib.
Layihə çərçəvəsində MHŞT proseslərilə bağlı tədqiqat xarakterli sosioloji sorğular keçirilir. Sorğular Bakı və Abşeron bölgəsini və 5 rayonu əhatə etməklə, ümumilikdə olmaqla cəmi 100 nəfər təsadüfi seçimlə vətəndaşlar arasında aparılıır. Seçilmş regionlarda mədən hasilatı haqqında məlumatlar toplanacaq,vətəndaşların MSŞT prosesləri üzrə məlumatlı olması,onların nə dərəcədə faydalanması,ərazilərinə və istifadə olunan mülkiyyətlərinə olan mənfi və ya müsbət təsirlər, analiz olunacaq təkliflər sənədi hazırlanacaq və hazırlanmış nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.
Hazırda layihənin digər mərhələsi üzrə fəliyyətlər həyata keçirilir. Belə ki Şabran və Quba rayonlarında yerlərdə fəaliyyət göstərən şirkətlər, yerli icmalar və yerli hakimiyyət orqanlarının nümayəndələrinin, yerli vətəndaşların, QHT, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə seminarlar keçirilib. Seminarlar rayon mərkəzində olmaqla 3 saat müddətində davam edib. İlk 45 dəqiqə ərzində qanunvericilik bazası haqqında məlumat verilib. Bu zaman Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri, bu təşəbbüsdə Azərbaycanın iştirakçılıq vəziyyəti, vətəndaşların məlumatlara çıxış imkanları, yerli əhəmiyyətli məsələlərin həllində Hasilat Sənayesinə daxil olan şirkətlər və onları üzərinə düşən korporativ məsuliyyətlər, hasilatın pay bölgüsündə iştirak edən şirkətlər və pay bölgüsünün mexanizmləri və.s müzakirə olunub.
Nöbəti 45 dəqiqə ərzində QHT və Yerli vətəndaşların iştirakı ilə MSŞTvə MSŞA Koalisiyası ilə əməkdaşlıq və ictimai nəzarətin təşkili istiqamətində səylərin artırılması, MSŞA QHT Koalisiyasının həyata keçirdiyi layihələr, problemlər və onun həlli istiqamətində səylərin birləşdirilməsi, əməkdaşlıq münasibətlərinin qurulması haqqında məlumatlar verilib.
Seminarlarda ekspert qismində MSŞA Koalisiyasının üzvləri İlqar Hüseynli və Nəsimi Məmmədli iştirak edib.


banner

Oxşar Xəbərlər