• çərşənbə axşamı, 16 aprel, 21:45
  • Baku Bakı 18°C

MDB-nin altı ölkəsindən öndə

08.07.14 11:06 1222
MDB-nin altı ölkəsindən öndə
“APA-Economics”in məlumatına görə, bu barədə Dünya Bankının (DB) dünyanın 191 ölkəsinin ümumi daxili məhsulun (ÜDM) həcminə görə açıqladığı reytinqində deyilir.
Hesabata görə, son bir ildə ölkədə istehsal olunan son məhsul və göstərilən xidmətlərə görə Azərbaycan 191 ölkə arasında 67-ci yerdə qərarlaşıb. DB-nin hesablamalarına görə, Azərbaycanda ÜDM 73,6 mlrd. dollar təşkil edir.
Reytinqə əsasən, Azərbaycan iqtisadiyyatı keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.
Onu da qeyd edək ki, Ermənistan 10,4 mlrd. dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini - 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7 dəfədən artıq üstələyir.
Reytinqə ABŞ başçılıq edir. Bu ölkənin iqtisadiyyatı 16,8 trln. dollar təşkil edir. İkinci yerdə isə 9,2 trln. dollarlıq göstərici ilə Çin qərarlaşıb.
MDB ölkələrində isə ən yaxşı göstəricilər Rusiya və Qazaxıstandadır. Belə ki, bu ölkələrin ÜDM-i 2,1 trln. dollar və 224,4 mlrd. dollara bərabər olub.
banner

Oxşar Xəbərlər