• cümə axşamı, 28 mart, 17:29
  • Baku Bakı 16°C

MDB məkanında ümumi əmək bazarının formalaşdırılması konsepsiyası hazırlanır

17.03.17 15:59 834
MDB məkanında ümumi əmək bazarının formalaşdırılması konsepsiyası hazırlanır
Rusiya paytaxtındaMDBölkələri İqtisadi Şurasının 73-cü iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iclasda Azərbaycanı baş nazirin birinci müaviniYaqub Eyyubovtəmsil edib.

İclas iştirakçılarıMDBölkələrinin innovasiya sahəsində əməkdaşlığa dair Dövlətlərarası Proqram (2020-ci ilədək) ilə bağlı məsələləri, o cümlədən bu proqramın 2017-2020-ci illərdə icrasına dair Kompleks tədbirlər layihəsini nəzərdən keçiriblər.

Bundan başqa,MDBölkələrində ümumi əmək bazarının mərhələlərlə formalaşdırılması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi Konsepsiyasının layihəsi də ətraflı müzakirə olunub.

İqtisadi Şuranın üzvləriMDB-də toxumçuluq məsələlərinə dair Hökumətlərarası Əlaqələndirmə Şurasının fəaliyyəti, Birlik ərazisində beynəlxalq avtomobil yollarına dair Protokolun icrasının gedişi ilə tanış olublar.

İclasda bir sıra büdcə-maliyyə məsələləri nəzərdən keçirilib.

MDBİqtisadi Şurasının növbəti iclasının bu il iyunun 16-da Moskvada keçirilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər