• cümə axşamı, 18 aprel, 05:24
  • Baku Bakı 15°C

Maykl Rayan: “Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”

02.03.21 11:00 461
Maykl Rayan: “Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”
"Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.
APAxəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.
O bildirib ki, peyvənləmənin tədricən virusu təsir etməyə başladığını görürük: "Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.

Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.
banner

Oxşar Xəbərlər