• cümə, 29 Mart, 04:43
  • Baku Bakı 7°C

Mayk Pens: "Sülhə güc vasitəsi ilə nail olunur"

18.04.17 12:25 883
Mayk Pens: "Sülhə güc vasitəsi ilə nail olunur"
ABŞ-ın vitse-prezidenti Mayk Pens Yaponiya baş naziriSindzo Abeilə Şimali Koreya məsələsini müzakirə edib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüşdə iki ölkənin məsələni sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğu vurğulanıb.
M. Pensin qənaətinə görə, sülhə güc vasitəsi ilə nail olunur. O, ölkəsinin Pxenyanın nüvə probleminin həlli istiqamətində Yaponiya, Cənubi Koreya və Çinlə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl M. Pens ABŞ-ın Şimali Koreyaya qarşı sərgilədiyi strateji hövsələ erasının bitdiyini açıqlayıb.
M. Pensin Asiya ölkələrinə olan səfəri son illər ərzində Şimali Koreya ətrafında yaşanan ən gərgin böhrana təsadüf edib. ABŞ Koreya yarımadası sahillərinə başda "Karl Vinson” nüvə aviadaşıyıcısı olmaqla, bir neçə hərbi gəmi göndərib. Mətbuat ABŞ-ın Şimali Koreyaya zərbə endirəcəyini istisna etmir. Rəsmi Pxenyan isə təxribatın baş verəcəyi təqdirdə, ABŞ-ın hərbi bazalarına və Cənubi Koreyanın paytaxtı Seulda yerləşən prezident sarayına zərbə etdirməyə hazır olduğunu açıqlayıb.
banner

Oxşar Xəbərlər