• cümə, 26 Aprel, 12:19
  • Baku Bakı 23°C

Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”

16.07.20 16:15 745
Mayis Əliyev: “Onlar əhali arasında çaşqınlıq yaratmaq istəyirlər”
Professor: "Hüquq-mühafizə orqanları tez bir zamanda Rəşad Məmmədov və onun himayadarlarını ifşa etməklə layiqli cəzasını verməlidir”
"Yalan ayaq tutar, yeriməz. Çoxlarımızın işlədiyi bir paylaşımın "müəllifi” tezliklə ifşa olundu. Ağlayaraq insanlar arasında təlaş və vahimə yaratmağa çalışan Rəşad Məmmədov istəyinə çata bilmədi. O, Almaniyadan Azərbaycana "göz yaşı” axıdaraq yalan informasiyaları yaymaqla əhali arasında çaşqınlıq yaratmağa, təxribata rəvac verməyə çalışıb”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında "Sosial hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, professor Mayis Əliyevbildirib.
Qeyd edib ki, Avropada erməni lobbisinin "siyasi mühacir” adı altında yaşayan azərbaycanlıları ələ almağa çalışması ilə bağlı zaman-zaman yayılan informasiyalar təsdiqlənib: "Bu səbəbdən Rəşad Məmmədovun məlum videosunun düşmənin informasiya təxribatı olması ehtimalı önə çıxır. Rəşad Məmmədovun Azərbaycan xalqına, Azərbaycan Ordusuna etdiyi bu xəyanətkar hərəkətlərin arxasında sözsüz ki, müəyyən qüvvələr durur. Respublikamızın hüquq-mühafizə orqanları tez bir zamanda Rəşad Məmmədov və onun himayadarlarını ifşa etməli, onun layiqli cəzasını verməlidirlər. Ölkə başçısı, Cənab İlam Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətdə, o cümlədən müstəqilliyin, dövlətçiliyin, milli təhlükəsizliyin və iqtisadi mənafelərin etibarlı qorunması işində ölkənin hüquq mühafizə orqanlarının xidmətləri danılmazdır. İnanırıq ki, tezliklə ölkəmizdəki sabitliyin, dövlət təhlükəsizliyinin, ictimai qayda və asayişin pozulmasına əngəl törətmək istəyənlər öz layiqli cəzalarını alacaqlar”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər