• cümə, 29 Mart, 05:29
  • Baku Bakı 7°C

Mayis Əliyev: Nazirliyin peşəkar komandası tərəfindən kompleks fəaliyyət planı hazırlanır

08.08.20 20:24 1281
Mayis Əliyev: Nazirliyin peşəkar komandası tərəfindən  kompleks fəaliyyət planı hazırlanır
Təhsil Nazirliyi yanında İctimai Şura üzvlərinin Təhsil naziri Emin Əmrullayevlə videokonfrans formatında görüşü keçirilib. Görüşdə pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı məsələlər geniş müzakirə olunub.
Bu barədə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, professor Mayis Əliyev Kaspi.az-a açıqlamasında bildirib.
Şura üzvü qeyd edib ki, ilk növbədə pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətinin təşkili sahəsində Nazirlik tərəfindən aparılmış geniş təhlillər və öyrənilmiş beynəlxalq təcrübə haqqında təhsil naziri tərəfindən görüş iştirakçılarına məlumat verilib.
"Belə ki, müəllimlərin işə qəbulu, ehtiyat dərsliklər, kadr məsələləri, yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, təhsil ictimaiyyətini maraqlandıran məsələlər müzakirə olundu. Müzakirələr göstərdi ki, respublikamızın təhsil müəssisələri hər bir fövqalədə şəraitə hazırdır və bunun üçün nazirlik tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. Bununla bağlı beynəlxalq təcrübəyə və ÜST tövsiyələrinə əsaslanan yeni qaydaların qəbul edilməsi planlaşdırılır. Bu qaydalar tədris müəssisələrində şagird sıxlığının nəzərə alınmasına, sanitar- epidemioloji vəziyyətə və informasiya texnologiyalarının təkmilləşdirməsi işinin yaxşılaşdırılmasına xidmət edir.”
Mayis Əliyev qeyd edib ki, Təhsil Nazirliyinin peşəkar komandası tərəfindən bütün hallarda ənənəvi təhsilin və ya onlayn təhsilin təşkili ilə bağlı kompleks fəaliyyət planı hazırlanır. Görüşdə gələcək müzakirələr üçün təhsilin məzmunu, təhsildə dəyərlərin formalaşdırıması, ali təhsildə peşəkarlığa əsaslanan tədqiqatyönümlü təcrübənin təşkili, peşə təhsili və digər prioritet mövzular müəyyən edilib" – deyə İctimai Şura üzvü, professor Mayis Əliyev bildirib.
banner

Oxşar Xəbərlər