• çərşənbə, 24 Aprel, 07:19
  • Baku Bakı 13°C

Mayın 25-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

27.05.14 16:02 1503
Mayın 25-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 25-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 1357 nəfər abituriyentin imtahan nəticələri yerləşdirilib.
banner

Oxşar Xəbərlər