• cümə, 19 Aprel, 09:28
  • Baku Bakı 13°C

Maşın hovuza düşdü, iki qardaş həlak oldu

17.09.13 08:10 1819
Maşın hovuza düşdü, iki qardaş həlak oldu
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Quba rayonu, Mirzə Məmməd kəndində “Audi” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hovuza düşüb.
Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin, 1977-ci il təvəllüdlü Səmədov Cəsarət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüblər.
Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
banner

Oxşar Xəbərlər