• cümə axşamı, 28 mart, 16:29
  • Baku Bakı 16°C

Maşın dərəyə aşdı, ölən və xəsarət alan var

01.11.13 07:51 1314
Maşın dərəyə aşdı, ölən və xəsarət alan var
APA-nın məlumatına görə, ölümlə nəticələnən yol qəzası ötən gecə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 124-cü kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.
Zaqatala rayonu Qımır kənd sakini, 1982-ci il təvəllüdlü Nabiyev Zaur İlham oğlu idarə etdiyi “VAZ 2101” markalı, 62 BB 914 dövlət nömrə nişanlı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin hərəkət istiqamətini itirərək yolun sağ tərəfindəki dərəyə aşırıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Zaur Nəbiyev, onun sərnişini Zaqatala rayonu Qımır kənd sakini, 1992-ci il təvəllüdlü Həsənov Tamerlan Feyzullah oğlu Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində ağır bədən xəsarətləri alan Tamerlan Həsənovu xilas etmək mümkün olmayıb. Digər yaralı Zaur Nəbiyevin vəziyyəti orta-ağır hesab olunur.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi idarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər