• şənbə, 20 Aprel, 06:50
  • Baku Bakı 14°C

MASAOKANIN HAYKU NƏZƏRİYYƏSİ

06.06.16 11:18 2902
MASAOKANIN HAYKU NƏZƏRİYYƏSİ

"Basyonun "Köhnə göl" haykusu haqqında söz" traktatında Masaoka Siki, hayku janrının bütün tarixini - Sokana və Moritakenin yazdığı ilk şerilərdən tutmuş, "Köhnə göl"ün yazılışına qədər olan bir dövrü əhatə etmişdir. Bu şeiri ideal hayku, janrın zirvəsi və sadəlik nümunəsi kimi qiymətləndirdilər. Gözəlliyin daha iki tipini - "sadəlik gözəliyini" və "qəlizlik gözəlliyini" nəzərdən keçirərək Masaoka Siki yazırdı: "Basyonun şeirləri məhz bu şeir yazılandan sonra dəyişildi. Və bu şeiri özünün "mərkəz nöqtəsi” elan edərək hayku dünyasını da dəyişdi. Basyo diqqətini balaca məxluqa - qurbağaya yönəltdi. Ancaq düşünməyin ki, Basyo qurbağanı nəsə qeyri-adi gözəl və cazibədar hesab edir. Qurabağa bülbül kimi gözəl deyil, ququ quşu kimi xoş deyil, vəhşi ördək kimi sevimli deyil, payızda nəğmə oxuyan cırcırama kimi tənha deyil. Ona görə də keçmiş zaman şairləri qurbağa haqqında bülbül, ququ quşu, vəhşi ördək, cırcırama kimi şeir yazmayıblar... Basyo yəqin anlayırdı ki, hətta gözəl və sevimli olmayan qurbağa da hayku obyekti ola bilər. Əgər qurbağanın gözəlliyi varsa, deməli əlbəttə ki, bülbül, ququ quşu, vəhşi ördək və cırcırama da gözəl və cazibəlidir. Basyo qurbağaya öz nəzərini yetirməklə, bütün təbiətə nəzər salmışdır. Burada qurbağanın olması sadəcə bir təsadüfdür. Və bayağı hayku müəllimlərinin qurbağaya xüsusi məna və əhəmiyyət verməsi yanlışdır". Basyonun "açar” şeirinə qədər bütün hayku janrının inkişafını Masaoka Siki, mürəkkəb şeylərin və hadisələrin haykuda ifadəsinin get-gedə sıxışdırlıb çıxarılmasıyla sadəliyə can atmaq kimi qiymətləndirirdi. "Sadəlik seçimi”, "sadəlik zövqü” – şair məhz bunları Basyo dövrünün əsas nəfəsi kimi təyin edir. "XVI əsr haykusu vakapoeziyasıyla qarşılıqlı "mürəkkəb fikirləri” ilə orada daha çox kanqo (mürəkkəb çin heroqlifləriylə zəngin olan yapon dili) istifadə olunurdu, "qəliz” (ifadənin mürəkkəbləşdirilmiş stili)” - yazırdı Masaoka Siki. Basyo "Köhnə göl”dən sonra bir daha qəliz şeir yazmadı. O deyirdi: "Ən yaxşı haykular, onları ağlından çıxarıb atdığı zaman yaranır. Bu cür doğuluşa dərin daxili konsentrasiya başlanğıc verməlidir. Lakin mətndə bu hiss olunmamalıdır. Məhz bunda "sadəliyin” (məna və təbiəti gizlənir. Basyo şagirdi Syadoya izah etmişdi: Hayku – sənin şeirlərin kimi iki-üç nəyinsə toplusu deyil, o, döymə qızıl kimi olmalıdır”. Yəni ki şeir bütöv şəkldə mövcud olmalı, hissələrə bölünməməlidir. Həqiqət anı qısa və ani olsa da, tamlıq, sadəlik, əvəzolunmaz sözlər tələb edir. Basyo qəlizliyi rədd etdiyinə görə, Syadoun şeirlərini hayku dünyasından uzaqlaşdırdı. Şagirdlərini qəlizlikdən çəkinməyi tövsiyə edirdi. O, qısaca olaraq demişdi: "Hayku nəsnələrin əlaqəsidir”. Masaoka Siki qeyd edir ki, Basyo və şagirdləri heç bir məna daşımayan, ancaq heca sayının düzəlməsi və ritmik ölçüdən ötrü "yalan sözlərə” tez-tez qaçırdılar. Yalançı sözlərə o, nida sözləri ya, kana, xidməti hissələr - ka, mo, feillər - tari, keri, tsu, nu aid edirdi. Kyodzinin haykuda olması hayku sahəsinin prinsipial tutumuna işarə edirdi. O, əhəmiyyətsiz sözlər əlavə etməklə ritmik və məna pauzaları yaradırdı. "Şeir sıralarının sıxlığında” əlavə yer açılırdı. Bu cür şeylərə orta əsrlər Çin poeziyasında da rast gəlinir. Orada əhəmiyyətsiz sözlər hesabın düz olması və şeirdə verilmiş intonasiya ilə melodik mənzərənin pozulmamasından ötrü istifadə olunurdu. Basyoda sadəlik ideyası əvvəldən yox, bir neçə illər apardığı axtarışlar və tərəddüdlərdən sonra yarandı. Masaoka Siki o axtarışları belə təsvir edir: "Həmin dövrə qədər ("Köhnə göl” haykusuna qədər) hesab edirdi ki, yaxşı şeir üçün mütləq qeyri-adi və dahiyanə bir şey seçilməlidir. Lakin (indi) başa düşdü ki, sadə bir şey də əsl şeir ola bilər. Qeyri-adi, kədərli hisslər, payız küləyində atılmış uşaq haqqında düşünəndə peşmanlıq hissi – bütün bunlar şeiri sənət əsəri etməkdən ötrü düşünülən ötən günlərin yanlış fikirləri idi”. Bu cür Basyo haykuda "qeyri-adilik”, "qəlizlik”dən imtina edərək, "sadəliyə” müraciət etdi. O, "poetiklikdən uzaq, intellektual, uydurulmuş” şeirləri inkar edir və "sadəliyi” şeirin konstatı kimi başa düşürdü. "Həmin gün nəyin şeirə çevirilməsini görüb xeyli təəccüblənmişdi. Lakin Basyo hələ də eksperementlər aparmağa davam edirdi. O, bir şeirdə əsassız şəkildə atı, yuxunu, ayı, cəmləşdirdi; ona on üçüncü gecə qaranlığının ruhunu verdi; 17 hecadan ibarət qəlib formaya minillik kriptomeriyanı (həmişəyaşıl cənub ağacı), gecə fırtınası sığışdırdı... Lakin indiki mövqeyindən yeni yarananlara - "sükuta sıçrayaraq, qurbağa tullandı" ifadəsinə baxanda düşündü ki, "uydurma" şeirlər, "sadə" şeirlərdən heç də yaxşı deyil". Beləliklə, Basyo zəmanəsində "sadəlik" ideyası zəfər çaldı. Haykunun sadə olması fikrinə gələn Basyo, gözəlliyin sərhədlərini məhdudlaşdırdı. Şair Buson, "qəlizliyin gözəlliyini" dərk edərək deyirdi: "o, sadəliyi inkar edərək hayku poeziyasına mürəkkəblik gətirdi". Həmin gündən Basyo haykunun yeni dühasını açdı. İki yüz il keçdi və şairlər də az idi. Şairlər ya Basyonun təfsiri ilə məşğul olurdu, ya da Danrin məktəbini davam edirdilər. Basyonun rəqibləri yox idi... Onun Masaoka Sikinin düşüncələrinə görə Buson, Basyonun daimi rəqibidir. Buson yaradıcılığında iki tip gözəlliyi cəmləşdirdi: o "sadə", "neqativ" şeirlər yaza bilirdi, gizli "yuqen" gözəlliyini, "sabi" tənhalığının kədərini, "karumi" xəfifliyini dərk etdi, o, nəyinki "kölgəli" şeirləri, həm də "parlaq", "pozitiv", "obyektiv", "bəşəri", "ideal", "qəliz" şeirləri də sevirdi. Masaoka Siki bu müəyyənləşdirici terminlərin adını çəkmədən, "bi" gözəlliyinin hər iki tərəfini dərk etmiş, müxtəlif fəndləri, stil və dili yaxşı bilən şair portreti yaradır. Və o, hesab edirdi ki, "qəlizlik" keyfiyyəti Buson yaradıcılığında geniş yayılmışdır. Buson ən böyük, parlaq, güclü obrazlar istifadə edirdi; dahi şairlər Bo Tszyuyi, Li Bo, Du Fudan təsirlənərək, 17 hecalıq şeirə Çin mövzularını da daxil etmişdi. Bununla yanaşı Busonun şeirləri, Basyonun istədiyi kimi asan yaranaraq, o qaydalara tabe olurdu. Buson haykuya yeniliklər gətirmək üçün, Basyo ilə sonsuz dialoq aparır. Masaoka Siki Busonun "rahat yaranmış" və "qəliz" şeirlərdən birini misal gətirir:

Otlar dumanda.

Suyun üstündə səssiz

Alatoranlıqdı.

Bu haykuda janrın daha bir xüsusiyyəti - sonacan deyilməməyi aşkarlanır. Haykuyçun tipik olan deyiləsi sözün buraxılması, oxucunun həmin yerə müxtəlif mənalar qoymasına vadar edir. Bu cür yarımçıqlıq izaha gətirir çıxarır. Haykunun intonasion-sintaktik özəlliklərindən biri: sonuncu misra tayqenlə (yapon dilinin sərbəst qrammatikası olan hissəsi) bitir, lakin predikativ (cümlə üzvləri arasında rabitə) hissə düşür. Bəzən sözlər arasındakı qrammatik rabitə olmur, predmətlərin isə sadəcə adı çəkilir. Sözlərin adlandırılma sırası şeirə məna gətirə bilər.

"Qəlizlik" kateqoriyasının sonrakı inkişafı, Masaoka Siki poetikasında digər estetik kateqoriyanı - "detallığı" yaratdı. "Detallı gözəllik" ikili təbiətə malikdir. "Detallıq" həm "qəliz", həm də "sadə" poeziyanın xüsusiyyəti ola bilər. Basyo şeirlərinin hamısında "detallı gözəllik" var. "Detallığın" sirri insan hisslərinin aydın və dəqiq etməsidir; təsvirin detallığı təəssüratların düzgün ifadə olunmasıdır. "Detallığın" mahiyyəti predmetlərin kiçik xarakterik özəlliklərinin öyrənilməsidir: budağın əyilməsinin, suda dalğanın, həşəratların səsinin, kiçik hərəkətlərin, çox az hiss olunan səslərin və s. Busonun "detallı" haykularından biri:

Bülbül cəh-cəh vurur,

Balaca dimdiklərini

Geniş açaraq.

Buson şeirlərində kanqodan (leksikanın Çin qatından) istifadə edirdi. Hesab edirdi ki, kanqo yapon sözlərindən qısalığı və mənasının dərinliyilə fərqlənir. Onlar çoxmənalıdır və sözlərin müxtəlif çalarları ifadənin "detallı” verilməsi üçün faydalıdır. Busonun kanqodan istifadəsinin doğruluğu hər bir situasiyada öz təsdiqini tapmışdır. Basyo da çinizmlərdən (yapon dilindəki Çin sözlərindən) istifadə etmiş, lakin "sadəlik” ideyası yaranandan sonra onlardan imtina etmişdir. Basyonun şair Du Fu haqqında yazdığı haykusu:

Saqqalını qaldıraraq,

Gecikmiş payızın gəldiyini anlarsan...

"Bəs səni dünyaya kim gətirib?”

Burada həm də Çin obrazlarından istifadə olunmuşdur. Lakin sonradan sadəlik və xəfiflik prinsipləri onu sıxışdırıb çıxartdı. Buson kanqodan istifadə etməklə şeirə doluluq, bolluq, parlaqlıq və Masaoka Siki terminologiyasındakı "detallıq” və "qəlizliyi” gətirmək istəyirdi. Basyo "sadə” gündəlik yapon dilinin leksikasını özünə tabe etməklə başqa yolu seçdi. O deyirdi: "Gündəlik istifadə olunan sözlərdən, qədim dövrün danışıq nitqinə uyğun istifadə etmək lazımdır. Basyo məktəbi şairlərinin portretini yaratmaqla, Masaoka Siki öz qarşısına bir ədəbiyyatşünaslıq məsələsi qoydu: hər birinin yaradıcılığında bi - gözəlliyi, syumi – yaraşıqllığı, zövq, və həmçinin bi kateqoriyası – "ideal”, "insani”, "neqativ”, "qəliz”, "detallı” və s. üzə çıxarmaq. Masaoka Sikinin bi konsepsiyası haykunun müxtəlif nümunələrində tamamilə bir-birindən fərqlidir. Nəzəriyyədə göründüyü kimi birmənalı deyil. Basyo şagirdlərinin poeziyasında bi-nin müxtəlif formaları müəyyən qədər bulanlıq təsvir olunur.

Rus dilindən tərcümə etdi: Xanım AYDIN

banner

Oxşar Xəbərlər