• cümə axşamı, 18 aprel, 13:22
  • Baku Bakı 22°C

Masallıda taekvondo üzrə açıq rayon birinciliyində 300-ə yaxın idmançı mübarizə aparır

08.10.17 09:30 1689
Masallıda taekvondo üzrə açıq rayon birinciliyində 300-ə yaxın idmançı mübarizə aparır
Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 7-də Masallı Regional Taekvondo Mərkəzində yeniyetmələr və gənclər arasında taekvondo üzrə açıq rayon birinciliyinə start verilib.
AZƏRTACxəbər verir ki, yarışda 300-ə yaxın idmançı 22 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparır.
Dörd yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilən yarışda Bakı və Sumqayıt şəhərlərindən, Masallı, Lənkəran, Lerik, Cəlilabad, Biləsuvar, Qəbələ, Tovuz və Saatlı rayonlarından olan idmançılar tatami üzərində güclərini sınayırlar.
İki gün davam edəcək açıq rayon birinciliyinin qalibləri medallar, diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
banner

Oxşar Xəbərlər