• cümə, 29 Mart, 02:40
  • Baku Bakı 7°C

Marselo Beylə nə bağışlayıb?

09.12.19 13:28 531
Marselo Beylə nə bağışlayıb?
"Real”ın futbolçusu Qaret Beylə hədiyyə verilib.
Kaspi.az xəbər verir ki, uelsli futbolçuya hədiyyə ni komanda yoldaşı Marselo verib. Braziliyalı futbolçu Beylə qolf ağacı bağışlayıb.
O, hədiyyəni klub daxilində keçirilən Milad gecəsində təqdim edib. Beyl qol oynamağı çox sevir. O, zədəsini bərpa etdiyi müddətdə daim qolf meydançasında görünürdü.
Uels yığması Avr0-2020-nin final mərhələsinə vəsiqə qazanandan sonra Beyl belə bir status paylaşmışdı: "Uels, qolf, Madrid – belə ardıcıllıqla”. Onun bu paylaşımı "kral klubu”nun fanatlarının narazılığına səbəb olmuşdu. Beyl bununla işarə etmişdi ki, qolf onun üçün "Real”dan da önəmlidir.
banner

Oxşar Xəbərlər