• cümə, 29 Mart, 16:40
  • Baku Bakı 14°C

Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır"

23.02.17 15:45 754
Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır"
"Cənub Qaz Dəhlizi layihəsiAvropa İttifaqıüçün strateji əhəmiyyət daşıyır. Onun Avropa üçün nə dərəcədə vacib olduğunu hamımız anlayırıq".
APA-nın xəbərinə görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidentiMaroş ŞevçoviçBakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasında deyib. O, qitənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bu layihəyə Avropa maliyyə təşkilatlarının da diqqət göstərməsinin vacibliyini vurğulayıb.
M. Şevçoviç layihənin vaxtında icra olunacağına əminliyini ifadə edib.
Vitse-prezident üçüncü dəfə bu toplantıya ev sahibliyi edən Azərbaycana təşəkkür edərək ötənilki son görüşdən sonra layihə üzrə böyük irəliləyişlərin olduğunu söyləyib. O, prezident İlham Əliyevin Brüsselə son səfərinin əhəmiyyətli olduğunu,Avropa İttifaqıilə Azərbaycan arasında əməkdaşlığı nəzərdə tutan çərçivə sazişinin imzalandığını, enerji təhlükəsizliyi ilə bağlı səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər