• cümə axşamı, 28 mart, 22:42
  • Baku Bakı 13°C

Marketlərdə əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə...

03.07.20 13:08 443
Marketlərdə əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə...
Maskaların qiyməti aşağı düşməlidir. Birinci növbədə çalışmaq lazımdır ki, maskaların istehsalının maya dəyərini aşağı salaq, çünki ola bilsin ki, uzun müddət maskadan istifadə etməli olaq. Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev hesab edir ki, maskaların qiymətinin aşağı salınması üçün dövlət büdcəsindən və yaxud Koronavirusla Mübarizə Fondundan müəyyən vəsaitlər də yönəltmək olar:
"Başqa bir yol isə insanların daha çox üz tutduğu obyektlərə, xüsusən marketlərə, bazarlara və digər məkanlara öhdəlik qoyulmalıdır ki, maskasız insanı içəri buraxmasınlar və yaxud da ki, orada insanlara maska paylasınlar. Tutaq ki, bir insan gəlib marketdə 50, 70 və ya 100 manatlıq məhsul alırsa, market ona maskanı hədiyyə də edə bilər. Yaxu da marketlər maskanı insanlara yarı qiymətinə satsın. Bütün hallarda bu işi tənzimləmək və maskaların qiyməti barədə fikirləşmək lazımdır”.
M.Quliyev əlavə edib ki, dezinfeksiyaedici məhsulların da qiymətinin tənzimlənməsinə ehtiyac var.
banner

Oxşar Xəbərlər