• cümə, 19 Aprel, 22:31
  • Baku Bakı 24°C

Marketinq, satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilib

28.04.14 13:17 1724
Marketinq, satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilib
“AtaHolding ASC”-nin Korporativ Sosial Məsuliyyəti çərçivəsində “Excelsior Hotel Baku” otelinin “Əlincə” zalında marketinq, satış və ictimaiyyətlə əlaqələr mövzusunda təlim keçirilib. Ali məktəblərin yuxarı kurs tələbələri üçün təşkil edilmiş təlim Otelin Marketinq və Satış Departamentinin Direktoru Damla Bayık və “AtaHolding ASC”-nin Kommunikasiyalar Şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən keçirilib.
Təlim əsnasında D. Bayık iştirakçıları marketinqin, satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplər ilə tanış edib. D.Zamanova öz növbəsində şirkətin müsbət nüfuzunun effektiv Ictimaiyyətlə Əlaqələr işinin qurulması əsasında təmin edilməsi üzrə əsas metod və texnologiyalardan, PR menecerin hansı xüsusiyyətlərə malik olmalı olduğundan bəhs edib.
Qeyd edək ki, 2003-cü ildə fəaliyyətə başlamış “AtaHoldinq” ASC maliyyə və intellektual resursların idarə edilməsi, korporativ idarəetmə kimi iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyur. Şirkətin biznes istiqaməti əsasən Azərbaycanda maliyyə, informasiya texnologiyaları, sənaye, xidmət və turizm sahələrinin inkişafına yönəlib.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər