• cümə, 19 Aprel, 04:43
  • Baku Bakı 18°C

Mariya Zaxarova Metyu Brayzanın ATƏT-in Minsk qrupu formatının dəyişə biləcəyi barədə fikirlərinə münasibət bildirib

16.11.17 15:30 874
Mariya Zaxarova Metyu Brayzanın ATƏT-in Minsk qrupu formatının dəyişə biləcəyi barədə fikirlərinə münasibət bildirib
"ƏgərATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu RusiyaXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyiənənəvi brifinqdəATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına və Minsk qrupu formatının dəyişə biləcəyinə dair açıqlamasına münasibət bildirərkən deyib.
O əlavə edib ki, məsələyə praktik deyil, nəzəri baxımdan yanaşır: "Çünki bu sual ABŞ tərəfinə ünvanlanmalıdır. Buradaməntiqi olmayan heç nə yoxdur. Həmsədrlərin sayı azalacaqsa, format dəyişəcək. Bu hansı səbəbdən olacaq, pullarımı çatmayacaq, artıq yeni məsələ olacaq.Dağlıq Qarabağməsələsi bizim üçün beynəlxalq gündəlikdə olan prioritet məsələlərdən biridir. Söhbət tək qonşularımızdan getmir, bizi bu xalqlarla həyat, tale bağlayır. Biz yüz illərlə bu xalqlarla eyni taleyi bölüşmüşük. Ona görə dəDağlıq Qarabağmünaqişəsinin tənzimlənməsi məsələsi bizim üçün prioritetdir”.
banner

Oxşar Xəbərlər