• cümə axşamı, 28 mart, 14:02
  • Baku Bakı 16°C

Mariya Zaxarova: "Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur"

27.05.17 09:25 1110
Mariya Zaxarova: "Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur"
"Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda iştirak edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Mən Bakıya birinci dəfə gələndə, şəhəri müasir simada görəndə heyrətlər içində qaldım ki, bu şəhər hansı sevgi və qayğı ilə tikilib. O vaxt bizim boş vaxtımız oldu. Bir neçə saatlığa bizə şəhərin qədim hissəsini göstərdilər. Bütün bu muzeyləri, incəsənət və sənətkarlıq sərgilərini görəndə soruşdum ki, qədimlik və ənənəviliyi müasir texnologiya ilə necə uyğunlaşdıra bilmisiz? Mənə dedilər ki, bütün bunlara böyük töhvəni birinci xanım Mehriban Əliyeva verib. Bundan sonra mən Mehriban xanımın fəaliyyətibarədə maraqlandım və onun fəaliyyəti məni heyrətləndirdi.Bu barədə hətta Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna dedim, soruşdum ki, həqiqətənmi bu belədir? Polad Bülbüloğlu bütün bunları təsdiqlədi".
M. Zaxarova Azərbaycan paytaxtında dəfələrlə olduğunu da söyləyib: "Bundan sonra Bakıda dəfələrlə oldum. Gördum ki, şəhəriniz ildən ilə daha maraqlı və daha müasir olur. Mən Mehriban Əliyevanın bu layihələr üzərində rəhbərliyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işləri səmimi hörmət və heyranlıq hissi doğurur".
banner

Oxşar Xəbərlər