• çərşənbə, 17 Aprel, 01:45
  • Baku Bakı 14°C

Mariya Zaxarova: Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur

17.09.20 18:22 491
Mariya Zaxarova: Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bərpasına diqqət yönəltmək lazımdır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib: "Hesab edirik ki, diqqəti Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş danışıqlar prosesinin bərpasına, o cümlədən regionda qaçqın və məcburi köçkünlərin probleminə yönəltmək lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları keçirib və onlara Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kontekstində növbəti addımlar, o cümlədən nazirlərlə ayrı-ayrı görüşlərin keçirilməsi barədə təkliflər irəli sürüb. Biz tərəflərin müsbət reaksiyasına ümid edirik”.
Livandan ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə gəldikdə isə M.Zaxarova qeyd edib ki, Rusiyanın livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə təsdiqlənmiş məlumatı yoxdur.
banner

Oxşar Xəbərlər