• cümə axşamı, 18 aprel, 14:07
  • Baku Bakı 22°C

Mard: "Minsk qrupunun səylərini dəstəkləyirik"

17.01.17 13:10 655
Mard: "Minsk qrupunun səylərini dəstəkləyirik"
"BizATƏT-in Minsk qrupunun istənilən səylərini dəstəkləyirik".APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard Ermənistan tərəfinin Azərbaycan əsgərinin meyitini hələ də qaytarmamasına münasibət bildirərkən deyib.
O, Minsk qrupu həmsədrlərinin bu məsələ ilə bağlı bəyanat verdiyini xatırladıb.
Qeyd edək ki, 2016-cı il dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Sonradan məlum olub ki, onun meyiti qarşı tərəfdədir.
Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə,ATƏT-in Minsk Qrupuna, o cümlədənATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.
Minsk qrupu həmsədrləri Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.
banner

Oxşar Xəbərlər