• çərşənbə axşamı, 23 aprel, 19:34
  • Baku Bakı 20°C

Mard: "Azərbaycanla daha dərin əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəviyə ehtiyac var"

15.12.16 11:45 878
Mard: "Azərbaycanla daha dərin əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəviyə ehtiyac var"
Avropa İttifaqı(Aİ) Azərbaycanla münasibətləri tənzimləyəcək yeni razılaşma barədə yeni ildən danışıqlara başlamağı səbirsizliklə gözləyir.
APA-nın məlumatına görə, bu barədə Aİ-nın Azərbaycandakı nümayəndəliyin rəhbəri Malena Mard deyib.
O bildirib ki, Azərbaycanla əməkdaşlığın yeni hüquqi müstəvidə qurulmasına qərar verilib: "Hazırkı hüquq müstəvisi 1996-cı ildə bərqərar olmuşdu. Daha dərin, daha əzmkar əməkdaşlığı təmin etmək üçün yeni hüquq müstəvi formalaşdırmaq və razılaşdırmaq lazımdır.
M. Mard bir il ərzində Aİ-nin iki yüksək vəzifəli məmurunun bir ölkəyə gəlməsinin istisna hal olduğunu söyləyib.
Qeyd edək ki, bu ilin fevralında Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, xanınFederika Mogerinivə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidentiMaroş Şevçoviç"Cənub Qaz Dəhlizi” layihəsi Məşvərət Şurasının II iclasında iştirak etmək üçün Bakıda səfərdə olub.
Həmçinin, 2016 cı ildə Azərbaycanla Aİ arasında yaradılmış 4 altkomitədən 3-nün iclası keçirilib.
banner

Oxşar Xəbərlər