• cümə axşamı, 18 aprel, 11:44
  • Baku Bakı 12°C

Maradona Rusiya vətəndaşı olmaq istəyir?

03.07.17 10:55 902
Maradona Rusiya vətəndaşı olmaq istəyir?
Argentina futbolunun ulduzu Dieqo Maradona Rusiyaya səfər edib.
Kaspi.az xəbər verir ki, Maradona Konfederasiyalar Kubokunun finalını izləmək üçün bu ölkəyə gəlib. Rusiyanın "Sovetskiy sport" nəşri ünlü argentinalının Rusiya vətəndaşlığı almaq istədiyini yazıb.
Bu barədə məlumatı qəzetin, Maradonanı müşayiət edən əməkdaşı verib. Bir müddət əvvəl Maradona futbol üzrə Rusiya millisinə başçılıq etmək istədiyini bildirmişdi. Futbolçu Vladimir Putini də öz kumiri adlandırmış, divardan onun şəklini asdığını qeyd etmişdi.
banner

Oxşar Xəbərlər