• cümə axşamı, 25 aprel, 16:50
  • Baku Bakı 23°C

Maradona Peleni əclaf adlandırdı

30.06.14 10:31 1105
Maradona Peleni əclaf adlandırdı
Futbol Argentinalı əfsanəvi futbolçu Dieqo Armando Maradona digər iki olduz futbolçunu – Frans Bekkenbauer və Peleni sərt təhqir edib.
ANS PRESS-in məlumatına görə, Maradona hər iki futbolçunu italiyalı Corc Kellinini uruqvaylı oyunçu Luis Suares haqqında dediyi fikirlərə görə tənqid atəşinə tutub.
“Bu iki əclaf elə bil muzeydən çıxıb. Bunlar Blatterin (FİFA prezidenti – S.M) gözündə qalxmaq üçün hər cür axmaq sözlər deməyə hazırdır. Pele karyerasında uğur əldə etmək üçün bir neçə oyunçunu “sındırmışdı”, Bekkenbauer isə uğura görə istənilən adamı öldürə bilər”, Maradona deyib.
Əfsanəvi futbolçu həmçinin qeyd edib ki, FİFA Luis Suareslə bağlı çox sərt qərar verib.
Qeyd edək ki, İtaliya - Uruqvay oyununda Luis Suares italiyalı Corc Kellinini çiynindən dişləmişdi. Nəticədə FİFA ulduz futbolçunu milli komandanın 9 matçından kənarlaşdırmaqla yanaşı, 4 ay futbol oynamasına da yasaq qoymuşdu. Cəza bitənədək uruqvaylı oyunçu stadionlara belə daxil ola bilməyəcək. Bundan başqa Suares 82 min avro cərimə ödəyəcək.
banner

Oxşar Xəbərlər