AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Maradona İspaniya yığmasında?

Maradona İspaniya yığmasında?

İdman
01 İyul 2020, 12:00 380
Argentina futbolunun əfsanəsi Dieqo Maradona İspaniya yığmasını çalışdıra bilər. 
 
Kaspi.az xəbər verir ki, bu təyinat İspaniya Futbol Federasiyasında keçiriləcək seçkilərdən sonra reallaşa bilər. O halda ki, federasiyanın prezidenti Antonio Torres seçilsin. 
 
Məlumata görə, Torres artıq Dieqonun nümayəndələri ilə əlaqə qurub və məsələni müzakirə edib. Torres prezident seçilsə, Maradona ilə iki illik müqavilə  bağlanacaq. 
 
Dieqonun qarşısına qoyulacaq əsas hədəf DÇ-2022-nin finalına yüksəlmək olacaq. İspaniya Futbol Federasiyasında seçkilər avqust ayında keçiriləcək. 
 
Maradona hazırda Argentinanın "Ximnasiya” klubuna rəhbərlik edir. İspaniya yığmasını isə Luis Enrike çalışdırır.