• cümə axşamı, 25 aprel, 11:53
  • Baku Bakı 14°C

Maradona ərəblərin yanına qayıtdı

08.05.17 19:05 1021
Maradona ərəblərin yanına qayıtdı
Argentina futbolunun əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edib.

Kaspi.az xəbər verir ki, Maradona Birləşmiş Ərəb Əmirliklərində işləyəcək. O, bu ölkənin "Əl-Fucayra” klubu ilə müqavilə bağlayıb.

"Əl-Fucayra” BƏƏ-nin ikinci divizionunda çıxış edir. Maradona ilə bir illik anlaşma imzalanıb. Klub saytı məlumatı təsdiqləsə də, müqavilənin maliyyə şərtləri haqda məlumat verilmir.

Maradona 2011-2012-ci illərdə bu ölkənin "Əl-Vasl” klubunda çalışıb.
banner

Oxşar Xəbərlər