Maradona Alvesi “axmaq” adlandırdı
Ötən həftənin sonunda "Yuventus”un müdafiəçisi Dani Alves "Esporte
Interativo” telekanalının efirində Dieqo Maradonanı kəskin tənqid etmişdi.
Kaspi.az xəbər verir ki, Alves Lionel Messi ilə Dieqo Maradonanın
müqayisəyə gəlmədiyini bildirmişdi. O, Maradonanı hamını aldatmaqda ittiham
etmişdi:
"Hamı onları müqayisə etmək istəyir. Ancaq onlar müqayisə oluna
bilməzlər. Maradonanın neçə "Qızıl top”u var?
Mən əllə vurduğum qol hesabına qazanılan dünya çempionluğu ilə qürur
duymazdım. Hamı "Tanrının əli” deyir. Ancaq belə deyil. Maradona hamımızı
aldadıb. Belə idmançı nümunə göstərilə bilməz”.
Alvesin fikirlərinə Maradona belə cavab verib: "Dani Alves axmaqdı.
Bu futbolçu topa 3-4 dəfə toxunanda 8 dəfə qaydanı pozur. O, meydanda elə
mövqedə çıxış edir ki, onun futbol oynamağına ehtiyac yoxdur”.
Dieqo Maradonanın vaxtında "Qızıl top”u ancaq avropalı futbolçulara
verirdilər.