• cümə axşamı, 28 mart, 17:31
  • Baku Bakı 16°C

Manat rubl, lirə və lariyə qarşı bahalaşıb

25.11.16 11:05 1322
Manat rubl, lirə və lariyə qarşı bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 24-ü ilə müqayisədə 0,29% artaraq 1,7196 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,75 möhkəmlənərək 1,8176 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,12% ucuzlaşaraq 0,0266 manat olub.
Türkiyə lirəsinin məzənnəsi də 1,31% azalaraq 0,4970 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1409 manatdır. Beləliklə, funt sterlinq 0,38%-lik artım nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi isə 0,52% ucuzlaşaraq 0,6892 manat olub.
banner

Oxşar Xəbərlər