• cümə, 29 Mart, 11:49
  • Baku Bakı 5°C

Manat avro və lirəyə qarşı 1%-dən çox bahalaşıb

09.12.16 11:31 1004
Manat avro və lirəyə qarşı 1%-dən çox bahalaşıb
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,35% artaraq 1,7430 manat təşkil edib.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,22% zəifləyərək 1,8487 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,36% bahalaşaraq 0,0275 manata çatıb.
Türkiyə lirəsinin məzənnəsi 1,66% zəifləyərək 0,5050 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1929 manatdır. Beləliklə, funt sterlinqin 0,2%-lik azalması baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,24% ucuzlaşaraq 0,6756 manat olub.
banner

Oxşar Xəbərlər