• cümə axşamı, 28 mart, 20:16
  • Baku Bakı 13°C

Manamada OANA İcraiyyə Komitəsinin 37-ci iclası öz işinə başlayıb

17.06.14 14:11 1058
Manamada OANA İcraiyyə Komitəsinin 37-ci iclası öz işinə başlayıb
İyunun 16-da Bəhreyn Krallığının paytaxtı Manamada ölkənin BNA dövlət xəbər agentliyinin ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 37-ci iclası öz işinə başlayıb. Tədbir üzv agentliklərin hazırladıqları fotoşəkillərin sərgisi ilə açılıb. Fotoşəkillər hər bir agentliyə aid iri monitorlarda nümayiş etdirilir. Sərgi iştirakçıları AzərTAc-ın hazırladığı və ölkəmizin son nailiyyətlərini əks etdirən fotoşəkilləri maraqla qarşılayıblar.
Sərgi ilə tanışlıqdan sonra iclası Rusiyanın İTAR-TASS agentliyi baş direktorunun birinci müavini, OANA-nın baş katibi Mixail Qusman azaraq Moskvada kezirilən XV Baş Assambleyasında irəli sürülmüş təkliflər və qəbul olunmuş qərarlar barədə danışıb. Sonra Bəhreyn Xəbər Agentliyinin baş direktoru vəzifəsini icra edən Mühənnəd Süleyman qonaqları salamlayıb, müzakirələrdə fəal olmağa səsləyib. Daha sonra OANA-nın Moskvada keçirilmiş Baş Assambleyasında irəli sürülmüş təkliflər qəbul olunub.
Manama iclasında Azərbaycanın AzərTAc, Avstraliyanın Associated Press, Çinin Sinxua, Hindistanın PTİ, İranın İRNA, Yaponiyanın Kyodo, Malayziyanın Bernama, Monqolustanın Montsame, Cənubi Koreya Respublikasının Yonhap, Rusiyanın İTAR-TASS, Türkiyənin Anadolu, Birləşmiş Ərəb Əmirliklərinin WAM və Vyetnamın VNA agentliklərinin nümayəndələri iştirak ediblər.
İclasın ilk günü üzv agentliklərin nümayəndələrinin ölkələr üzrə məruzələrinin dinlənilməsi ilə başa çatıb. Sonra iclas iştirakçıları Bəhreyn Tarix Muzeyi ilə tanış olublar.
AzərTAc 2004-cü ilin sentyabrından OANA-nın üzvüdür. Təşkilatın 2013-cü il sentyabrın 18-20-də Moskvada keçirilmiş XV Baş Assambleyasında AzərTAc-ın baş direktoru Aslan Aslanov dalbadal üç dəfə Büro üzvü, eyni zamanda, bu beynəlxalq qurumun vitse-prezidenti seçilib. Qərara alınıb ki, növbəti Baş Assambleya 2016-cı ildə Bakıda keçiriləcək. Bu tədbirdən sonra AzərTAc 2019-cu ilədək OANA-ya rəhbərlik edəcək.
UNESCO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılan OANA 35 ölkədən 45 informasiya agentliyini öz sıralarında birləşdirir. Dğnyada ən böyük media təşkilatı kimi onun vəzifəsi Asiya və Sakit Okean ölkələri xəbər agentlikləri arasında əməkdaşlığı möhkəmləndirməkdir.
Şıxəli Əliyev
AzərTAc-ın müxbiri
banner

Oxşar Xəbərlər