• cümə, 26 Aprel, 16:16
  • Baku Bakı 23°C

Malena Mard: “Azərbaycan və Aİ danışıqların növbəti mərhələsinə hazırlaşır”

03.03.17 11:50 690
Malena Mard: “Azərbaycan və Aİ danışıqların növbəti mərhələsinə hazırlaşır”
"Azərbaycanla yeni saziş üzrə danışıqlar prezident İlham Əliyevin səfəri zamanı - fevralın 7-də Brüsseldə başlayıb”.
APA-nın məlumatına görə, bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, hazırda hər iki tərəf danışıqların növbəti mərhələsinə hazırlaşır: "Düşünürəm ki, biz hazırlıq işimizdə çox ambisiyalıyıq. Danışıqların növbəti mərhələsi çox tezliklə başlayacaq. Aramızda razılaşmanı daha geniş sahələrdə - iqtisadiyyat, miqrasiya, ticarət, idarəçilik, insanlararası əlaqələr və mədəniyyət sahələrində inkişaf etdirməyə dair konsensus mövcuddur. Ona görə də tərəflərin hazırlaşması üçün daha çox məsələlər var”.
banner

Oxşar Xəbərlər