• cümə axşamı, 28 mart, 14:53
  • Baku Bakı 16°C

Malena Mard: "Avropa İttifaqı Azərbaycanın regionlarının, kənd təsərrüfatının inkişafında maraqlıdır"

07.05.17 21:57 1192
Malena Mard: "Avropa İttifaqı Azərbaycanın regionlarının, kənd təsərrüfatının inkişafında maraqlıdır"
"Avropa İttifaqı Azərbaycanın kənd ərazilərinin, regionlarının, xüsusilə kənd təsərrüfatının inkişafında maraqlıdır. Bu məqsədlə bizKənd Təsərrüfatı Nazirliyiilə bölgələrin inkişafı proqramı çərçivəsində əməkdaşlıq edirik".
"Report"un cənub bürosu xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.
O, qeyd edib ki, burada müxtəlif sahələr nəzərə alınır: "Əməkdaşlığımızda bilavasitə subsidiyaların verilməsi ilə bağlı bir sıra məsələlərə nail olunub. Bizim üçün bu, çox əzəmətli bir layihədir. Sazişin əhatə dairəsinə gəldikdə isə bu, olduqca geniş proqramdır. Çalışacağıq ki, sazişi elə bir şəkildə ərsəyə gətirək ki, 1999-cu ildə imzalanmış "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsindən də kənara çıxsın. Əməkdaşlığımızı və münasibətlərimizi yeni şəkildə inkişaf etdirə bilək".
Onun sözlərinə görə, proqramın tam hazırlanmasına 6-7 ay vaxt lazım gələcək: "Proqramda sadəcə kənd təsərrüfatı nəzərdə tutulmayacaq. Burada kiçik və orta sahibkarlığın inkişafına dəstək komponenti də öz əksini tapıb. Kiçik və orta sahibkarlıq sənayenin müxtəlif sahələrini bir-birinə bağlayan, uzlaşdıra bilən aparıcı qüvvədir."
Aİ-nın Azərbaycanla əməkdaşlıq etdiyi xüsusilə qida və ərzaq təhlükəsizliyi sahəsidir: "Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar var. İstehsalçı Avropa bazarına məhsul çıxarmaq istəyirsə, onda Aİ bazarına ixrac ediləcək məhsul qida və ərzaq təhlükəsizliyi standartlarına cavab verməlidir.
Biz "dəyər zənciri"nə böyük əhəmiyyət veririk. Dəyər zənciri necə formalaşdırılır? Bunun öyrədilməsi üçün bu sahənin adamlarına müxtəlif təlimlər keçirik. Onlara dəyər zəncirinin necə formalaşdırıldığını öyrədirik".
banner

Oxşar Xəbərlər