• cümə, 26 Aprel, 00:12
  • Baku Bakı 16°C

Malayziya mətbuatı Azərbaycanın multikulturalizm modelinə dair geniş yazı dərc edib

13.01.20 15:15 887
Malayziya mətbuatı Azərbaycanın multikulturalizm modelinə dair geniş yazı dərc edib
Malayziyanın ən böyük rəsmi mətbuat orqanı və çoxsaylı oxucu kütləsinə malik xəbər istehsalçısı olan Malayziya Milli Xəbər Agentliyi (BERNAMA) ölkəmizin multikultural və tolerantlıq təcrübəsinə dair geniş yazı dərc edib.
Trend-in məlumatına görə, Agentliyin xarici xəbərlər üzrə peşəkar jurnalistlərindən olan Raviçandra Rajamanikam tərəfindən qələmə alınmış məqalə "Azərbaycan Malayziya ilə multikulturalizm sahəsində əməkdaşlıq etməkdə maraqlıdır” başlığı daşıyır.
Qeyd etmək istərdik ki, sözügedən məqalə bir müddət əvvəl ölkəmizdə səfərdə olan malayziyalı jurnalistin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov ilə apardığı müsahibə, eləcə də özünün şəxsi müşahidələri əsasında hazırlanmışdır.
Müəllif multikulturalizmin Azərbaycanda bilavasitə dövlət tərəfindən dəstəkləndiyinə diqqət çəkərək, BBMM-nin icraçı direktoru R.Həsənovun bu barədəki izahına xüsusilə istinad edir və bildirir: "Azərbaycanın multikulturalizm modeli üç əsas element üzərinə qurulub – etnik və dini müxtəlifliyə hörmət, dövlət siyasəti olaraq hökumətin bu sahəyə tam dəstəyi və fərqli dini-mədəni icmalara qeyri-assimilyasiya münasibəti”.
Həmçinin R.Həsənov Azərbaycana xarici investisiyalarının cəlb olunması, ölkənin iqtisadi inkişafı, eləcə də ictimai həmrəyliyinin təmin olunması sahəsində əldə edilmiş mütərəqqi nailiyyətlərdə dövlətin apardığı multikulturalizm siyasətinin əvəzsiz rol oynadığını bildirir. Milli və universal əxlaqi dəyərləri özündə əks etdirən bu modelin uğur qazanmasında isə R.Həsənov Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 1990-cı illərdə bünövrəsini qoyduğu uzaqgörən siyasətin misilsiz əhəmiyyətini qeyd edir. O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başladılan, İslam və Qərb sivilizasiyaları, o cümlədən xalqları və mədəniyyətləri arasında əməkdaşlığı təşviq edən Bakı Prosesini bu siyasətin beynəlxalq modelə çevrilməsində vacib amil kimi vurğulayır.
Coğrafi olaraq Azərbaycanın Şərqi Avropa və Qərbi Asiyanın kəsişməsində yerləşdiyini bildirən jurnalist R. Rajamanikam ölkəmizdə məscidlərin, sinaqoqların, erməni kilsəsi də daxil olmaqla, xristianlığa məxsus dini ibadət ocaqlarının, eləcə də hindu və zərdüştlük məbədlərinin qorunduğunu diqqətə çatdırır.
Malayziyalı jurnalist qeyd edir ki, Azərbaycanın multikulturalizm modeli artıq Bolqarıstan, Almaniya, Litva, Polşa, Ukrayna, Hindistan, Yaponiya, Braziliya, Protuqaliya, İndoneziya, Rusiya, Gürcüstan, Türkiyə, İsveç, İsveçrə və İtaliya kimi 22 ölkənin universitetlərində magistratura səviyyəsində dərs vəsaiti olaraq tədris olunur.
Malayziyalı tələbə və gənc jurnalistlərin Azərbaycan modeli ilə tanış olmaq perspektivləri barədə verilən suala R.Həsənov ölkəmizin bu sahədə əməkdaşlığa hazır olduğunu bildirir və əlavə edir: "Biz öz bilik və təcrübələrimizi bölüşə bilərik. Həmçinin Mərkəzimizin nümayəndəliyinin Malayziyada təsis olunmasına və Azərbaycan modelinə dair universitet proqramının tədrisinə kömək edə bilərik”.
Bu səpkidə R.Rajaminkam vurğulayır ki, son 5 ildə 100 ölkədən 400 nəfərdən çox tələbə BBMM tərəfindən Azərbaycanın multikulturalizm modelinin təqdimatı ilə bağlı səkkiz dəfə təşkil olunmuş yay və qış məktəblərində iştirak edib.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:http://www.bernama.com/en/news.php?id=1806316
banner

Oxşar Xəbərlər