• cümə, 29 Mart, 01:51
  • Baku Bakı 7°C

Makron Fransada birliyə nail olmağa çalışacaq

14.05.17 16:22 1820
Makron Fransada birliyə nail olmağa çalışacaq
Bu gün səhər rəsmən Fransa prezidenti elan edilən Emmanuel Makron bu gün axşam işə başlayacağını bildirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, E. Makron bunu bu gün andiçmə mərasimindən sonra bildirib.
E. Makron ilk rəsmi çıxışında deyib ki, seçki öncəsi verdiyi heç bir vədindən geri çəkilmir: "Biz tariximizdə ən yaxşı səhifələrdən birini yazmaq üçün birləşməliyik. Mənə hər birinizin dəstəyi lazımdır. Biz fransızların özünə inamını qaytarmalıyıq”.
E. Makron indiyə qədər Fransa prezidenti olmuş şəxslərin ölkənin maraqlarının təmin edilməsinə böyük töhfə verdiklərini vurğulayıb: "General de Qoll Fransanın böyüklüyünü bərpa edib, Jorj Pimidu Fransanı iqtisadi nəhəngə çevirib, Valeri Jiskar dEsten ölkəni müasir epoxaya daxil etdi, Fransua Mitteran Fransa və Avropa arzusunu birləşdirdi”.
E. Makron əmin edib ki, dünya Fransanın sözlərini diqqətlə dinləyəcək: "Fransa həmişə azadlığın və dünyada həmrəyliyin tərəfində olacaq. Bizə daha effektiv, daha demokratikAvropa İttifaqılazımdır.Avropa İttifaqıbizim gücümüz və suverenliyimizin vasitəsidir. Mən bu istiqamətdə bütün gücümü sərf edəcəm”.
banner

Oxşar Xəbərlər